Sabirabadda yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi aşkar edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabirabadda yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi aşkar edilib

Qafar Ağayev10:00 - 27 / 12 / 2021
Sabirabadda yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi aşkar edilib

Sabirabad rayonu Suqovuşan kənd sakini Ruslan Sadıqova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan 1news.az-a verilən məlumata görə, adı çəkilən şəxs təyin edilən qaydalara baxmayaraq, yaşayış yerini tərk edib.

Şöbə əməkdaşları tərəfindən qaydaları pozan şəxsin qanunazidd hərəkətinin qarşısı dərhal alınaraq, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.

Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün RPŞ-də araşdırmalar aparılır.

Paylaş:
351

Son xəbərlər

Bütün xəbərlər