Ata Abdullayev 7 il azadlıqdan məhrum edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Ata Abdullayev 7 il azadlıqdan məhrum edilib

13:02 - 28 / 12 / 2021
Ata Abdullayev 7 il azadlıqdan məhrum edilib

Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən bloger Ata Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı edib.

Vəkil çıxışda müdafiə etdiyi şəxsə vərilən ittihamların əsassız olduğunu bildirib.

Daha sonra Ata Abdullayev son söz deyib. Təqsirləndirlilən şəxs son sözündə cinayət işində zərərçəkmiş kimi tanınan 4 nəfərin heç birindən pul tələb etmədiyini bildirib.

Prosesdə hökm oxunub. Hökmə əsasən, Ata Abdullayev 7 il azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror A. Abdullayevin 9 il azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, bloqer Abdullayev Ata Eldar oğlu Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən bu ilin mart ayında saxlanılıb.

A.Abdullayevə Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə pul tələb etmə) maddəsi ilə ittiham verilərək barəsində Səbail rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

1news.az

Paylaş:
446

Son xəbərlər

Bütün xəbərlər