TƏBİB Yeni il ilə bağlı əhaliyə müraciət edib | 1news.az | Xəbərlər
Cəmiyyət

TƏBİB Yeni il ilə bağlı əhaliyə müraciət edib

S.Xankişiyeva17:33 - 28 / 12 / 2021
TƏBİB Yeni il ilə bağlı əhaliyə müraciət edib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Yeni illə bağlı əhaliyə müraciət edib.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi zamanı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, Yeni illə bağlı kütləvi toplaşma halları qaçılmazdır:

“Bu səbəbdən də bununla bağlı ciddi tədbirlər görülməlidir. Unutmayaq ki, hər xəstəliyin profilaktikası onun müalicəsindən daha yaxşıdır. Vaksinasiya olunmalı və gigiyenik qaydalara ciddi əməl edilməlidir”.

Paylaş:
526

Son xəbərlər

Bütün xəbərlər