Türkiyədən dəvət edilmiş psixoloqlar Vətən Müharibəsi qaziləri və şəhid ailələrinə dəstək göstərib
“Azərbaycan və Türkiyə arasında hərbi-mülki heyətin sosial və mədəni məqsədli mübadiləsinə dair protokola əsasən Türkiyədən dəvət edilmiş 25 psixoloq yerli psixoloqlarla birlikdə Azərbaycanın şəhər və rayonlarında Vətən müharibəsində yaralanmış hərbi qulluqçuları, şəhid və ya itkin düşmüş şəxslərin psixi sarsıntı keçirmiş ailə üzvlərini qəbul ediblər”.
1news.az xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov brifinqdə deyib
O, bildirib ki, İl ərzində ümumilikdə 2500 nəfərdən çox şəxsə kompleks dəstək göstərilib və onlarla reabilitasiya tədbirləri həyata keçirilib.
538