Təhsildə Keyfiyyət Təminatı Agentliyinə yeni sədr təyin olundu - DOSYE | 1news.az | Xəbərlər
Cəmiyyət

Təhsildə Keyfiyyət Təminatı Agentliyinə yeni sədr təyin olundu - DOSYE

Qafar Ağayev09:02 - 29 / 12 / 2021
Təhsildə Keyfiyyət Təminatı Agentliyinə yeni sədr təyin olundu - DOSYE

27 dekabr 2021-ci il tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin strukturunda dəyişiklik baş verib.

Agentlikdən 1news.az-a verilən məlumata görə, Təhsil Naziri Emin Əmrullayevin əmri ilə Agentliyin sədri vəzifəsinə Səttarova Ülkər Eldar qızı təyin olunub.

Ülkər Səttarova bundan əvvəl Təhsil Nazirliyində nazirin müşaviri kimi çalışıb.

O, 2008-ci ildə Bakı Dövlət Universitetində tətbiqi riyaziyyat ixtisası üzrə bakalavr, 2010-cu ildə isə Azərbaycan Memarlıq və İnşaat Universitetində informasiya sistemləri ixtisası üzrə magistr təhsili alıb və hər iki təhsil pilləsini fərqlənmə diplomu ilə bitirib.

2014-cü ildə “Texnika üzrə Fəlsəfə doktoru” elmi dərəcəsinə və 2016-cı ildə “Kompüter elmləri ixtisası üzrə dosent” elmi adına layiq görülüb.

AMEA-da və Fransada apardığı elmi araşdırmanın nəticəsi olaraq 2019-cu ildə Ali Attestasiya Komissiyası tərəfindən Texnika Elmləri Doktoru Elmi dərəcəsi alıb.

Ülkər Səttarova 2004-2009-cu illərdə AMEA Kibernetika İnstitutunda və 2010-2018-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində müvafiq vəzifələrdə, 2018-ci ildən isə həmin universitetdə Strateji inkişaf üzrə prorektor vəzifəsində çalışıb.

100-dən çox elmi əsərin, 3 monoqrafiya və 2 ixtiranın (patent), eyni zamanda 3 metodik vəsaitin və bir dərsliyin müəllifidir. 7 məqaləsi impakt faktorlu jurnallarda dərc edilib. Texnika sahəsi üzrə AAK-ın ekspert şurasının üzvüdür.

Qeyd edək ki, 2021-ci ilin yanvar ayından bu vəzifəni Eldar Orucov icra edib.

28 dekabr 2021-ci il tarixindən Eldar Orucov Təhsil Naziri Emin Əmrullayevin digər əmri ilə Təhsil Nazirliyində Aparat rəhbərinin müavini vəzifəsinə təyin olunub.

Paylaş:
3464

Son xəbərlər

Bütün xəbərlər