Dekabrın 30-na olan koronavirus statistikası AÇIQLANIB
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 510 yeni yoluxma faktı qeydə alınıb, 1039 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 616352 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 598793 nəfər müalicə olunaraq sağalıb, 8346 nəfər vəfat edib, aktiv xəstə sayı 9213 nəfərdir.
Ölkədə son sutka ərzində 10771, hazırkı dövrədək isə 5 853 336 test aparılıb.
596