İçməli suya nəzarət üzrə İşçi qrupu yaradılıb - SİYAHI | 1news.az | Xəbərlər
Cəmiyyət

İçməli suya nəzarət üzrə İşçi qrupu yaradılıb - SİYAHI

16:51 - 30 / 12 / 2021
İçməli suya nəzarət üzrə İşçi qrupu yaradılıb - SİYAHI

Səhiyyə nazirinin I müavini, səhiyyə naziri vəzifəsini müvəqqəti icra edən Teymur Musayev “İçməli su. Gigiyenik tələblər və keyfiyyət üzrə nəzarət” milli dövlət standartının hazırlanması məqsədilə İşçi qrupunun yaradılması barədə əmr imzalayıb.

1news.az xəbər verir ki, əmrə əsasən, milli dövlət standartının hazırlanması üzrə aidiyyəti qurumlarının nümayəndələrindən ibarət aşağıdakı tərkibdə İşçi qrupu yaradılıb:

Leylaxanım Tağızadə - Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin kommunal-gigiyena bölməsi üzrə məsləhətçisi, BMT-nin su və sağlamlıq protokolu üzrə milli əlaqələndirici;

Mütəllim Əbdülhəsənov- Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su ehtiyatlarının idarəedilməsi şöbəsinin müdiri və su ehtiyatlarının inteqrasiyalı idarəedilməsi üzrə milli siyasi dialoqun rəhbər komitəsinin sədri;

Günel Qurbanova - Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “AzeLap” MMC-nin baş bioloqu;

Bayram Əliyev - Azərbaycan Standartlaşdırma İnstitutunun aqrar və qida sənayesinin standartlaşdırma şöbəsinin müdiri;

Cəmil Babayev - “Azərsu” ASC-nin texniki proseslərə nəzarət, suyun təhlükəsizliyi və ekologiya şöbəsinin rəisi;

Elçin Əliyev - “Azərsu” ASC-nin Mərkəzi laboratoriyasının müdiri;

Məhəmməd Abdullayev - AMEA Akademik H.Əliyev adına Coğrafiya İnstitutu, coğrafiya elmləri üzrə elmlər doktoru.

İşçi qrupuna “İçməli su. Gigiyenik tələblər və keyfiyyət üzrə nəzarət” milli dövlət standartı 2022-ci ilin aprel ayına kimi hazırlayıb müvafiq qurumlarla razılaşdırıldıqdan sonra təsdiq edilməsi üçün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutuna təqdim etmək tapşırılıb.

1news.az

Paylaş:
346

Son xəbərlər

Bütün xəbərlər