Xurma, meyvə şirələri və energetik içkilərə tətbiq edilən idxal gömrük rüsumunun müddəti uzadılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Xurma, meyvə şirələri və energetik içkilərə tətbiq edilən idxal gömrük rüsumunun müddəti uzadılıb

S.Xankişiyeva17:09 - 30 / 12 / 2021
Xurma, meyvə şirələri və energetik içkilərə tətbiq edilən idxal gömrük rüsumunun müddəti uzadılıb

Azərbaycana idxal edilən xurma, meyvə-tərəvəz şirələri, meyvə-tərəvəz suyu və energetik içkilərə tətbiq edilən idxal gömrük rüsumunun müddəti uzadılıb.

1news.az-ın verdiyi xəbərə görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

Qərara əsasən, həmin məhsulların idxal rüsumlarının qüvvədə olma müddəti 31.12.2023-cü il tarixinədək uzadılıb.

Paylaş:
494

Son xəbərlər

Bütün xəbərlər