Koronavirus xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin müddəti uzadıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Koronavirus xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin müddəti uzadıldı

S.Xankişiyeva10:18 - 30 / 12 / 2021
Koronavirus xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin müddəti uzadıldı

Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində COVID-19 infeksiyasına yoluxmuş xəstələrə ambulatorpoliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti uzadılıb.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, tibb işçilərinin əməkhaqlarına verilən əlavənin ödənilməsi müddəti 2022-ci il yanvarın 1-dək uzadılıb.

Paylaş:
362

Son xəbərlər

Bütün xəbərlər