Hacıqabulda zəncirvarı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyənləşib - FOTO - VİDEO - SİYAHI - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Hacıqabulda zəncirvarı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyənləşib - FOTO - VİDEO - SİYAHI - YENİLƏNİB

S.Xankişiyeva13:40 - 01 / 01 / 2022
Hacıqabulda zəncirvarı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyənləşib - FOTO - VİDEO - SİYAHI - YENİLƏNİB

Hacıqabul rayonunda zəncirvarı qəzada ölən və xəsarət alanların şəxsiyyəti məlum olub.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, hadisə 10 nəqliyyat vasitəsinin iştirakı ilə qeydə alınıb, nəticədə 1 nəfər ölüb, 14 nəfər yaralanıb.

Belə ki, Sabirabad rayon sakini, 1970-ci il təvəllüdlü Ələkbərov Cəlil Ələkbər oğlu hadisə yerində dünyasını dəyişib.

Bakı şəhər sakinləri - 1982-ci il təvəllüdlü Vəliyeva Mahirə Vaqif qızı, 1968-ci il təvəllüdlü Həsənov Fəxrəddin İsmayıl oğlu, Sabirabad rayon sakinləri - 2007-ci il təvəllüdlü Ələkbərov Fəxri Cəlil oğlu, 2005-ci il təvəllüdlü Əliyev Xəyyam Əyyam oğlu, 1994-cü il təvəllüdlü Məmmədova Rüfanə Mehman qızı, 2019-cu il təvəllüdlü Həsənli Əsmər Həsən qızı, 1977-ci il təvəllüdlü Ələkbərov Elmir Ələkbər oğlu, 1998-ci il təvəllüdlü Həsənova Pərvin Zeyfun qızı, 2017-ci il təvəllüdlü Məmmədəli Səyid Ramil oğlu, 2015-ci il təvəllüdlü Məmmədəli Fidan Ramil qızı, 2016-cı il təvəllüdlü Məmmədəli Elmira Ramil qızı, 1970-ciil təvəllüdlü Həsənova Rəqiyyə Abdulhəsən qızı, 2010-cu il təvəllüdlü Ələkbərov Hüseyn Elnur oğlu və 1993-cü il təvəllüdlü Həsənov Həsən Mehman oğlu xəsarət alıblar.

12:22

Hacıqabul rayonunda zəncirvarı qəzada 1 nəfər ölüb, 13 nəfər xəsarət alıb.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, qəza nəticəsində Sabirabad rayon sakini, 1970-ci il təvəllüdlü Ələkbərov Cəlil Ələkbər oğlu ölüb.

Hazırda 7 yaralının adları məlumdur, 6 nəfərin şəxsiyyəti isə dəqiqləşdirilir.

11:49

Hacıqabul rayonunda zəncirvarı qəzada xəsarət alanların sayı 7 nəfərə çatıb.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bunlar Sabirabad rayon sakinləri - 2007-ciil təvəllüdlü Ələkbərov Fəxri Cəlil oğlu, 2005-ci il təvəllüdlü Əliyev Xəyyam Əyyam oğlu,1994-cü il təvəllüdlü Məmmədova Rüfanə Mehman qızı, 2019-cu il təvəllüdlü Həsənli Əsmər Həsən qızı, 1977-ci il təvəllüdlü Ələkbərov Elmir Ələkbər oğlu, Bakı şəhər sakiləri - 1982-ciil təvəllüdlü Vəliyeva Mahirə Vaqif qızı, 1968-ci il təvəllüdlü Həsənov Fəxrəddin İsmayıl oğludur.

11:15

Hacıqabul rayonunda zəncirvarı qəza baş verib.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, hadisə Ələt-Astara magistral yolunun Şirvanla Hacıqabul ərazisinin kəsişdiyi körpüdə qeydə alınıb.

İlkin məlumata görə, zəncirvarı qəza zamanı 20 maşın toqquşub. Qəza zamanı 1 nəfərin öldüyü, 4 nəfərin isə xəsarət aldığı bildirilir. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
985

Son xəbərlər

Bütün xəbərlər