Bu gün 273 nəfər koronavirusa yoluxub – STATİSTİKA | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün 273 nəfər koronavirusa yoluxub – STATİSTİKA

S.Xankişiyeva16:31 - 03 / 01 / 2022
Bu gün 273 nəfər koronavirusa yoluxub – STATİSTİKA

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 273 yeni yoluxma faktı qeydə alınıb, 576 nəfər müalicə olunaraq sağalıb.

1news.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 8 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 617 952 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 601 645 nəfər müalicə olunaraq sağalıb, 8 383 nəfər vəfat edib. Aktiv xəstə sayı 7 924 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 337, bu günə qədər isə ümumilikdə 5 883 101 test icra olunub.

Paylaş:
454

Son xəbərlər

Bütün xəbərlər