Göygöl sakini dəm qazından zəhərlənib

Göygöl sakini dəm qazından zəhərlənib.
1news.az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.
1989-cu il təvəllüdlü S.Cəfərova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstəyə tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.
İlkin məlumata görə, 33 yaşlı qadın yaşadığı evdə dəm qazından zəhərlənib
275