Sabirabadda koronavirus xəstəsi küçədə saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabirabadda koronavirus xəstəsi küçədə saxlanılıb

10:21 - 04 / 01 / 2022
Sabirabadda koronavirus xəstəsi küçədə saxlanılıb

Sabirabad rayonu Qəfərli kənd sakini E.Quliyevə COVID-19 testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilsə də, adıçəkilən şəxs qaydaları pozaraq yaşadığı ünvanı tərk edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan 1news.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən onun qanunazidd hərəkətinin qarşısı alınıb və yaşadığı ünvana geri qaytarıblar.

Faktla bağlı Sabirabad RPŞ-də araşdırmalar aparılır.

Paylaş:
291

Son xəbərlər

Bütün xəbərlər