Çində təqaüdlü təhsil almaq istəyənlərin NƏZƏRİNƏ | 1news.az | Xəbərlər
Cəmiyyət

Çində təqaüdlü təhsil almaq istəyənlərin NƏZƏRİNƏ

Qafar Ağayev10:49 - 04 / 01 / 2022
Çində təqaüdlü təhsil almaq istəyənlərin NƏZƏRİNƏ

Çin Xalq Respublikasının 2022-2023-cü tədris ili üçün elan etdiyi təqaüd proqramına müraciətlərin qəbulu davam edir.

Təhsil Nazirliyindən 1news.az-a bildirilib ki, təqaüd proqramına sənəd qəbulu yanvarın 9-dək davam edəcək. Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı yekun qərarın 2022-ci ilin iyul-avqust ayları ərzində təqdim olunması gözlənilir. Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla Təhsil Nazirliyinin saytında tanış olmaq mümkündür.

Qeyd edək ki, təqaüd proqramı “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsasən həyata keçirilir. Proqram hər iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali məktəblərində arzu etdikləri ixtisas üzrə təhsil almaq imkanı yaradır.

Paylaş:
550

Son xəbərlər

Bütün xəbərlər