Bakıda əri tərəfindən döyülən qadının 5 qabırğası sınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda əri tərəfindən döyülən qadının 5 qabırğası sınıb

12:55 - 05 / 01 / 2022
Bakıda əri tərəfindən döyülən qadının 5 qabırğası sınıb

Bakıda ağır xəsarətlə nəticələnən döyülmə hadisəsi baş verib.

1news.az "Report"a istinadən bildirir ki, hadisə Səbail rayonunda qeydə alınıb.

Ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən döyülən 1975-ci il təvəllüdlü Əliyeva Xatirə İbrahim qızı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sol tərəfli 5 ədəd qabırğanın sınığı və döş qəfəsin küt travması diaqnozları qoyulub.

Polis hadisənin təfərrüatını araşdırır.

1news.az

Paylaş:
323

Son xəbərlər

Bütün xəbərlər