Azərbaycanın Qazaxıstandakı səfirliyi soydaşlarımıza müraciət edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanın Qazaxıstandakı səfirliyi soydaşlarımıza müraciət edib

S.Xankişiyeva09:12 - 06 / 01 / 2022
Azərbaycanın Qazaxıstandakı səfirliyi soydaşlarımıza müraciət edib

Azərbaycan Respublikasının Qazaxıstandakı səfirliyi bu ölkədə yaşayan soydaşlarımıza müraciət edib.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə səfirliyin Twitter hesabında qeyd olunur:

“Əziz vətəndaşlarımız!

Bildiyiniz kimi, cari ilin 19 yanvar tarixinədək bütün Qazaxıstan Respublikası ərazisində fövqəladə vəziyyət elan edilmişdir. Vətəndaşlarımızın rəsmi məlumatları izləməyi və insanların kütləvi şəkildə toplaşdıqları ərazilərdən çəkinməyi məsləhət olunur”.

Paylaş:
442

Son xəbərlər

Bütün xəbərlər