Pensiyalar bu tarixdə ödəniləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Pensiyalar bu tarixdə ödəniləcək

Qafar Ağayev09:49 - 06 / 01 / 2022
Pensiyalar bu tarixdə ödəniləcək

Yanvarın 11-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənişinin həyata keçirilməsi nəzərdə tutulub.

Bu barədə 1news.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Qeyd olunub ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları qrafik üzrə bu ay ödəniləcək.

Qeyd edək ki, 2021-ci ilin yanvar-oktyabr aylarında pensiya təminatı istiqaməti üzrə 3 mlrd. 848 mln. manat vəsait ödənilib ki, bu da keçən ilin eyni dövrünə nisbətən 3,1% və ya 117 mln. manat çoxdur. Pensiyaların orta aylıq məbləği isə 10% artaraq 331 manat, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 8,5% artaraq 358 manat təşkil edib.

Paylaş:
343

Son xəbərlər

Bütün xəbərlər