Saakaşvilinin “Eurovision” ulduzundan olan qızının televiziya debütü – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Saakaşvilinin “Eurovision” ulduzundan olan qızının televiziya debütü – VİDEO

13:11 - 07 / 01 / 2022
Saakaşvilinin “Eurovision” ulduzundan olan qızının televiziya debütü – VİDEO

2021-ci il dekabrın 31-də Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili 6 ilini keçirəcəyi həbsxanadan xalqa Yeni il müraciətində ilk dəfə qızı olmasından danışıb.

M.Saakaşvilinin “Facebook” səhifəsində yerləşdirdiyi mesajda bunlar qeyd edilib: “Bu, ilk ildir ki, “Mtavari Arxi” Yeni il gecəsi konsertinin ən kiçik iştirakçısı - Elis Mariya Saakaşvili bizi səhnədən anası (müğənni Sofiya (Sofo) Nijaradze – red.) ilə qarşılayacaq. Mənim ən sevimli qızım, ən kiçik uşağım”.

Qeyd edək ki, qeyri-rəsmi həyat yoldaşı Sofiya Nijaradze məşhur gürcü müğənnisi, aktrisası, bəstəkarıdır. “Eurovision-2010” beynəlxalq mahnı müsabiqəsində Gürcüstanı təmsil edib və “Shine” mahnısı ilə 9-cu yeri tutub.

Aşağıda M.Saakaşvilinin azyaşlı qızı Elis Mariyanın televiziya debütü və S.Nijaradzenin Gürcüstan televiziyasında Yeni il çıxışını təqdim edirik.

Sofiya Nijaradze özü Facebook səhifəsində Gürcüstanın eks-prezidentindən olan nikahdankənar qızının iştirakı ilə Yeni il buraxılışının çəkiliş meydançasından səhnə arxası kadrlarını təqdim edərək videonu “Mənim sevgim” şərhi və ürək şəkli ilə qeyd edib.

1news.az

Paylaş:
955

Son xəbərlər

Bütün xəbərlər