Gənclər və İdman Nazirliyinin kollegiyasının yeni tərkibi təsdiqlənib - SİYAHI | 1news.az | Xəbərlər
Cəmiyyət

Gənclər və İdman Nazirliyinin kollegiyasının yeni tərkibi təsdiqlənib - SİYAHI

16:40 - 07 / 01 / 2022
Gənclər və İdman Nazirliyinin kollegiyasının yeni tərkibi təsdiqlənib - SİYAHI

Gənclər və İdman Nazirliyinin kollegiyasının yeni tərkibi təsdiqlənib.

1news.az-ın məlumatına görə, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Kollegiyanın tərkibi aşağıdakı kimidir:

Kollegiyanın sədri

Azərbaycan Respublikasının gənclər və idman naziri

Kollegiyanın üzvləri:

Azərbaycan Respublikası gənclər və idman nazirinin müavinləri

Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri

Gənclər və İdman Nazirliyinin Aparatının rəhbəri

Gənclər və İdman Nazirliyi Aparatının gənclərlə iş şöbəsinin müdiri

Gənclər və İdman Nazirliyi Aparatının idman şöbəsinin müdiri

Milli Olimpiya Komitəsinin vitse-prezidenti

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru

Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının prezidenti”.

1news.az

Paylaş:
296

Son xəbərlər

Bütün xəbərlər