Şagirdlərin fotoları ilə gündəmə gələn kənddə məktəb tikiləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Şagirdlərin fotoları ilə gündəmə gələn kənddə məktəb tikiləcək

17:08 - 07 / 01 / 2022
Şagirdlərin fotoları ilə gündəmə gələn kənddə məktəb tikiləcək

Təhsil Nazirliyi bu gün "Qafqazinfo"da yayımlanan “Təhsilin Diqo səviyyəsi... - Uşaq durub neyləsin?” adlı reportaja dərhal reaksiya verib.

Nazirliyin İctimaiyyətlə əlaqələr üzrə sektor müdiri Cəsarət Valehov bildirib ki, bu il tikintisi planlaşdırılan məktəblər arasına Diqo kənd məktəbinin də adı əlavə ediləcək: ““Qafqazinfo.az” saytında yayımlanan Astaranın Diqo kəndinin 10 yaşlı sakini Vahabov Şindan Şəkər oğlunun təhsil məsələsi ilə bağlı rayon təhsil şöbəsi tərəfindən araşdırma aparılıb. Şindan ibtidai təhsilini Şəvqo kənd ibtidai məktəbində alıb.

Hazırda Pəlikəş kənd tam orta məktəbin V sinif şagirdidir. Şagirdin valideynindən sağlamlıq haqqında arayışın istənilməsi və məsafənin uzaqlığı səbəbindən onun davamiyyətində problem yaranıb. Yaxşı xəbər odur ki, bu il tikintisi planlaşdırılan modul tipli məktəblərin siyahısına Diqo kənd məktəbinin də adı təqdim olunacaq”.

C. Valehov həmçinin qeyd edib ki, son 5 ildə Astaranın ucqar dağ kəndlərində 9 modul tipli məktəb istifadəyə verilib.

O, həmçinin paylaşıma şagirdlərin davamiyyəti ilə bağlı siyahını da əlavə edib:

1news.az

Paylaş:
676

Son xəbərlər

Bütün xəbərlər