İstifadə müddəti bitən vaksinlər bir həftə əvvəldən geri yığılıb - Nazirlik | 1news.az | Xəbərlər
Cəmiyyət

İstifadə müddəti bitən vaksinlər bir həftə əvvəldən geri yığılıb - Nazirlik

Qafar Ağayev17:53 - 07 / 01 / 2022
İstifadə müddəti bitən vaksinlər bir həftə əvvəldən geri yığılıb - Nazirlik

31 dekabrda istifadə müddəti bitmiş Pfizer/Biontech peyvənd dozaları utilizasiya üçün 1 həftə öncədən geri yığılıb.

1news.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən məlumat verilib.

"Hazırda peyvənd məntəqlərində tətbiq olunan vaksinlər yeni istifadə müddətli olanlardır", - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, "Pfizer/Biontech" preparatının istifadə müddəti 31 dekabr 2021-ci il tarixinədək uzadılmışdı. Hazırda tətbiq olunan “Pfizer/Biontech” peyvəndlərinin istifadə müddəti isə mart ayının 22-dəkdir.

Paylaş:
647

Son xəbərlər

Bütün xəbərlər