Yanğın baş verən məktəbdə dərslər distant davam edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Yanğın baş verən məktəbdə dərslər distant davam edəcək

Qafar Ağayev09:46 - 07 / 01 / 2022
Yanğın baş verən məktəbdə dərslər distant davam edəcək

Yanğın baş verən 84 saylı məktəbdə tədris distant formada davam edəcək.

Bu barədə 1news.az-a Bakı Şəhəri üzrəTəhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, yanvarın 7-də səhər saatlarında Bakı şəhərindəki Aslan Muradov adına 84 nömrəli tam orta məktəbdə yanğın baş verib.

Yanğın məktəbin ikinci mərtbəsində baş verib. Məktəbin müəllim və şagird heyəti təxliyə olunub.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən yanğın qısa müddət ərzində söndürülüb. Yanğın zamanı xəsarət alan olmayıb.

Bu gün məktəbdə dərslərin distant qaydada davam etdirilməsi nəzərdə tutulur.

Paylaş:
330

Son xəbərlər

Bütün xəbərlər