Zəfər abidəsi kompleksi ilə bağlı çoxmərtəbəli bina sökülür | 1news.az | Xəbərlər
Cəmiyyət

Zəfər abidəsi kompleksi ilə bağlı çoxmərtəbəli bina sökülür

S.Xankişiyeva13:06 - 08 / 01 / 2022
Zəfər abidəsi kompleksi ilə bağlı çoxmərtəbəli bina sökülür

Bakı şəhəri, Xətai rayonunda Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən çoxmərtəbəli bina söküləcək.

Xətai Rayon İcra Hakimiyyətindən 1news.az-a verilən məlumata görə, bina Zəfər abidəsi kompleksi ilə bağlı görüləcək işlər çərçivəsində, dövlət sifarişi əsasında sökülür.

"Köçürülmə ilə bağlı komissiya yaradılıb, kompensasiyanın məbləği müəyyənləşdirilib", - məlumatda bildirilib.

İcra hakimiyyətindən qeyd ediblər ki, bina ərazinin ümumi görünüşünə də xələl gətirir.

Paylaş:
2985

Son xəbərlər

Bütün xəbərlər