Dünən 30 nəfər toya buraxılmayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Dünən 30 nəfər toya buraxılmayıb

S.Xankişiyeva10:05 - 08 / 01 / 2022
Dünən 30 nəfər toya buraxılmayıb

Yanvarın 7-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 121 toy şənliyinin monitorinqini həyata keçirib.

1news.az-a Daxili İşlər Nazirliyindən verilən məlumata görə, monitorinq 118 şadlıq sarayında, 3 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində 30 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Paylaş:
372

Son xəbərlər

Bütün xəbərlər