Dövlət Gömrük Komitəsinin vəzifəli şəxslərinə cinayət işi açılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət Gömrük Komitəsinin vəzifəli şəxslərinə cinayət işi açılıb

S.Xankişiyeva10:54 - 08 / 01 / 2022
Dövlət Gömrük Komitəsinin vəzifəli şəxslərinə cinayət işi açılıb

Dövlət Gömrük Komitəsinin (DGK) Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara Gömrük postunun rəisinə cinayət işi açılıb.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, DGK-nin yanında “Azərterminalkompleks” Birliyinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə həmin dövlət orqanından daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin istintaqı tamamlanmışdır.

İstintaqla 2020-ci ilin iyul ayında sözügedən Birliyin müvəqqəti saxlanc anbarlarının fəaliyyətinin təşkili üzrə Astara bölməsinin rəisi Etiqam Babayevin öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ayrı-ayrı vaxtlarda İran İslam Respublikasının vətəndaşları tərəfindən gətirilməklə Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara Gömrük postunda müvəqqəti saxlanca qəbul etdiyi dəyəri ümumilikdə 33 min 440 manat təşkil edən tibbi vasitələri qanunamüvafiq sənədləşmə aparılmadığı üçün geri qaytarmalı olduğu halda, həmin birliyin texniki xidmət göstərilməsi üzrə Astara şöbəsinin inspektoru İsmətulla Tağıyev ilə aralarındakı sövdələşməyə uyğun olaraq bir hissəsini saxta akt tərtib etməklə, qalan hissəsini isə aktsız formada sonuncuya təhvil verməsinə, İsmətulla Tağıyevin isə öz vəzifə səlahiyyətlərini aşaraq qeyd edilən malları şəxsi məqsədləri üçün istifadə olunması üçün tanışına təhvil verməsinə, bununla da dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına əsaslı şübhələr müəyyən edilmişdir.

İş üzrə toplanmış sübutlar əsasında Etiqam Babayev Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri, İsmətulla Tağıyev isə həmin məcəllənin 309.1 (vəzifə səlahiyyətlərini aşma) və 32.4, 313-cü (vəzifə saxtakarlığına təhrik etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir.

Paylaş:
416

Son xəbərlər

“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıbBu gün, 11:14
Bütün xəbərlər