Vətən müharibəsində iştirak etmiş 50 nəfər “Azərsu”ya işə qəbul olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Vətən müharibəsində iştirak etmiş 50 nəfər “Azərsu”ya işə qəbul olunub

S.Xankişiyeva16:31 - 11 / 01 / 2022
Vətən müharibəsində iştirak etmiş 50 nəfər “Azərsu”ya işə qəbul olunub

Ailə üzvü şəhid olmuş, eləcə də Vətən müharibəsində iştirak etmiş 50 nəfər ötən il “Azərsu” ASC-yə işə qəbul olunub.

ASC-dən 1news.az-a bildirilib ki, işə qəbul olunanlardan 3 nəfəri şəhid ailəsinin üzvü, 47 nəfəri İkinci Qarabağ müharibəsinin iştirakçısıdır. İşlə təmin olunmuş Vətən müharibəsi iştirakçısının 2-si döyüşlərdə yaralanıb.

Hazırda “Azərsu”da müharibə iştirakçısı olmuş 900 nəfər çalışır. Onlardan 590-ı birinci Qarabağ, 309-u Vətən müharibələrinin, 1 əməkdaş isə 2016-cı il Aprel döyüşlərinin iştirakçısıdır.

Qeyd edək ki, ASC-nin 188 əməkdaşı Vətən müharibəsində iştirak edib, onlardan 3 nəfəri şəhid olub, 23 nəfəri yaralanıb. Eyni zamanda, döyüşlərdə kollektivin 21 işçisinin ailə üzvü şəhid olub, 46 ailə üzvü isə yaralanıb. Qurumun Nəqliyyat və Xüsusi Texnika İdarəsinin 21 işçisi döyüş bölgəsinə ezam olunub və onlardan 1 nəfər xidməti vəzifəsini yerinə yetirərkən xəsarət alıb.

Vətən müharibəsində şanlı tarix yazaraq şəhidlik zirvəsinə yüksəlmiş və yaralanmış vətənpərvər oğulların ailələrinin içməli və tullantı su xidmətlərindən istifadəsinin yaxşılaşdırılması da “Azərsu” ASC tərəfindən daim diqqətdə saxlanılır. Son 1 ildə 457 şəhid və 312 qazi ailəsi daxil olmaqla, ümumilikdə 769 ailə içməli su ilə təmin olunub.

Paylaş:
458

Son xəbərlər

Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35
Bütün xəbərlər