Bir milyon manatlıq dələduzluqda təqsirləndirilən şəxslərə bəraət verilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bir milyon manatlıq dələduzluqda təqsirləndirilən şəxslərə bəraət verilib

Qafar Ağayev17:42 - 11 / 01 / 2022
Bir milyon manatlıq dələduzluqda təqsirləndirilən şəxslərə bəraət verilib

Bir milyon manata yaxın dələduzluqda təqsirləndirilərək azadlıqdan məhrum edilən İlham Xıdırov və Nazim Mustafayevin Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdikləri apellyasiya şikayətinə baxılıb.

1news.az-ın APA-ya istinadən xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkili Cavad Cavadov müvəkkillərinin dələduzluq əməlinin sübuta yetirilmədiyini deyib. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün ləğv edilməsini, təqsirləndirilən şəxslərə bəraət verilməsini xahiş edib.

Prosesdə şikayət araşdırılıb və qərar çıxarılıb.

Qərara əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib, İlham Xıdırov və Nazim Mustafayev barəsində bəraət hökmü çıxarılıb. Hər iki təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, ittihama görə, İ.Xıdırov və N.Mustafayev İrandan və Rusiyadan kompressor avadanlıqları gətirib satmaq adı ilə bir neçə şəxsdən külli miqdarda pul almaqda, onlara qarşı dələduzluqda təqsirləndirilir. İttiham aktında təqsirləndirilən şəxslərin ümumilikdə 1 milyon manata yaxın pulu mənimsəməsi qeyd edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Xıdırov 9 il 6 ay, N.Mustafayev isə 5 il azadlıqdan məhrum edilmişdi.

Paylaş:
687

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər