Başqasına məxsus “Gelandewagen”lə kasıbları təhqir edən şəxs saxlanıldı, üzr istədi - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Başqasına məxsus “Gelandewagen”lə kasıbları təhqir edən şəxs saxlanıldı, üzr istədi - VİDEO

S.Xankişiyeva08:57 - 12 / 01 / 2022
Başqasına məxsus “Gelandewagen”lə kasıbları təhqir edən şəxs saxlanıldı, üzr istədi - VİDEO

Bakıda aztəminatlı ailələri təhqir edən sürücü saxlanılıb.

1news.az Daxili İşlər Nazirliyi (DIN) Mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 11-də sosial şəbəkələrdə Bakıda yüksək sürətlə hərəkət edən “Gelandewagen” markalı avtomobilin sürücüsünün aztəminatlı ailələri təhqir edən görüntüləri yayılıb.

Bununla əlaqədar polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilb və həmin sürücünün 1985-ci il təvəllüdlü Samid Bağırov olması müəyyən edilərək saxlanılıb.

S.Bağırovla polis idarəsində profilaktiki söhbət aparılıb və xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb. O, əməlindən peşiman olduğunu deyərək üzrxahlıq edib.

Mövzu ilə əlaqədar oxuyun:

DİN kasıbları təhqir edən “Gelandewagen” sürücüsü ilə bağlı araşdırmaya başladı – VİDEO

Paylaş:
390

Son xəbərlər

Bütün xəbərlər