Dövlət Xidmətinə əlavə 5 avtomobil ayrılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət Xidmətinə əlavə 5 avtomobil ayrılıb

S.Xankişiyeva17:08 - 13 / 01 / 2022
Dövlət Xidmətinə əlavə 5 avtomobil ayrılıb

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə ayrılan xidməti minik avtomobillərinin say həddi artırılıb.

1news.az-ın verdiyi xəbərə görə, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” qərara etdiyi dəyişiklikdə əksini tapıb.

Qərara əsasən, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə ayrılan xidməti minik avtomobillərinin say həddi 3-dən 8-ə qaldırılıb.

Paylaş:
501

Son xəbərlər

Bütün xəbərlər