Ötən gün 13 nəfər toylara buraxılmadı | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən gün 13 nəfər toylara buraxılmadı

Qafar Ağayev09:24 - 14 / 01 / 2022
Ötən gün 13 nəfər toylara buraxılmadı

Ötən gün toylara görə 2 nəfər cərimələnib, 13 nəfər şənliyə buraxılmayıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvarın 12-də DİN-in, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 39 toy şənliyinin monitorinqini həyata keçirib.

Monitorinqlər şadlıq saraylarında keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 2 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 13 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Paylaş:
387

Son xəbərlər

Sumqayıtda avtomobil yanıb

12 / 03 / 2025, 17:42
Bütün xəbərlər