COVID-19-a qarşı peyvəndlənən yeniyetmələrin sayı açıqlanıb

Azərbaycanda koronavirusa qarşı peyvənd olunan yeniyetmələrin sayı açıqlanıb.
Səhiyyə Nazirliyindən verilən xəbərə görə, indiyədək 552 nəfər yeniyetmə vaksinasiya prosesində iştirak edib.
Bildirilib ki, yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılır.
Qeyd olunub ki, yeniyetmələr yalnız tibbi göstəriş olduğu halda hər iki valideynin razılığı ilə peyvənd oluna bilərlər.
1news.az
393