Lənkəranda heroin daşıyan silahlı dəstə saxlanıldı - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Lənkəranda heroin daşıyan silahlı dəstə saxlanıldı - FOTO

Qafar Ağayev09:37 - 17 / 01 / 2022
Lənkəranda heroin daşıyan silahlı dəstə saxlanıldı - FOTO

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində 11 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələr və silah sursat aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan 1news.az-a verilən məlumata görə, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Rizvan Əkbərov narkotik vasitə heroini satarkən saxlanılıb. Onun yaşadığı evə keçirilən baxış zamanı həyətdəki qarajda saxlanılan “VAZ 2106” markalı avtomobilin mühərrik hissəsində gizlətdiyi ayrı-ayrı bükümlərdə ümumilikdə 6 kiloqramdan artıq heroin, 1 kiloqram 250 qram metamfetamin, 2 kiloqrama yaxın qurudulmuş marixuana və 1 ədəd tərəzi aşkarlanaraq götürülüb. Ətrafında aparılan əlavə əməliyyat tədbirləri ilə həmin şəxsin qohumuna məxsus yaşayış evində silah-sursat gizlətdiyi də müəyyən edilib. Keçirilən baxış zamanı həmin evdən 2 ədəd “Kalaşnikov” markalı avtomat, həmin silahlara məxsus 3 ədəd sandıça və 12 ədəd patron, həmçinin üzərinə snayper tüfənginə məxsus uzaq görmə cihazı quraşdırılmış 1 ədəd karabin odlu silahı aşkar edilərək götürülüb. İlkin araşdırma zamanı R.Əkbərovun həmin narkotik vasitə və silahları xarici ölkələrdən birinin vətəndaşı vasitəsilə əldə etdiyi müəyyən edilib.

Lənkəran ŞRPŞ-nin Liman Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə rayon sakinləri Orxan Ağazadə və Riyad Əskərov saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan hazır bükümlərdə narkotik vasitə heroin aşkarlanaraq götürülüb. Aparılan araşdırmalarla həmin şəxslərin narkotik vasitəni Liman şəhər sakini Şahin Bağırovdan əldə etdikləri müəyyən edilib. Keçirilən baxış zamanı Ş.Bağırovun üzərindən və idarə etdiyi “Mercedes” markalı avtomobilin yük yerindən 2 kiloqram 174 qram heroin aşkarlanaraq götürülüb. Həmin şəxsin narkotik vasitəni xairici ölkə vətəndaşı vasitəsilə əldə etdiyi müəyyən edilib.

Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri Əşrəf Səfərov və İqbal Abbasov da saxlanılıblar. Onların üzərindən hazır bükümlərdə qablaşdırılmış heroin və elektron tərəzilər aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır

Paylaş:
387

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər