BNA Bakının bu küçəsində parklanma ilə bağlı pilot layihəyə start verib - VİDEO
"Bakı Nəqliyyat Agentliyi paytaxt küçələrində parklanmanın idarə edilməsi məqsədilə pilot layihənin icrasına start verib".
1news.az xəbər verir ki, Agentliyin yaydığı məlumata görə, ilkin olaraq, layihənin əhatə etdiyi Bəsti Bağırova, Məhəmməd Naxçıvani küçələri və onlarla kəsişən küçələrdə yenidənqurma işləri həyata keçirilməkdədir.
Parklanma yerlərinin təşkili məqsədilə layihələndirilən ərazidə həm də müasir şəhərsalma qaydalarına uyğun olaraq, piyadayönümlülüyün artırılması prinsipləri əsas götürülüb.
Pilot layihə əsasında uzunluğu 450 m olan bu küçənin ideal səviyyəyə gətirilməsi üçün 6 yerdə eynisəviyyəli piyada keçidi təşkil ediləcək. Yaşayış binalarından başqa, 1 xəstəxana, 1 kollec və 1 bağçanın da yerləşdiyi bu küçədə nəqliyyat axınının intensivliyi nəzərə alınmaqla, 138 parklanma yeri təşkil ediləcək, parklanmanın idarə edilməsində müasir texnologiyalar tətbiq ediləcək.