Milli Məclisin Regional məsələlər komitəsinində 2 məsələ müzakirəyə çıxarılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Milli Məclisin Regional məsələlər komitəsinində 2 məsələ müzakirəyə çıxarılıb

Qafar Ağayev16:52 - 18 / 01 / 2022
Milli Məclisin Regional məsələlər komitəsinində 2 məsələ müzakirəyə çıxarılıb

Yanvarın 18-də Milli Məclisin Regional məsələlər komitəsinin 2022-ci ilin yaz sessiyasında ilk iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a verilən məlumata görə, komitə sədri Siyavuş Novruzov iclasın gündəliyi barədə məlumat verib.

Prezident İlham Əliyevin ötən ildə işğaldan azad olunmuş ərazilərə tarixi səfərlərini və burada Böyük Qayıdışa hazırlıq məqsədilə uğurla həyata keçirilən nəhəng bərpa-quruculuq layihələrini xüsusi vurğulayan komitə sədri yola saldığımız ili Azərbaycanın Zəfər yürüşünün davamı kimi dəyərləndirib.

O, Prezident İlham Əliyevin siyasi iradəsi əsasında 2021-ci ildə həyata keçirilən sistemli islahatların iqtisadiyyatın inkişafı, idarəetmədə səmərəliliyin artırılması, qanunun aliliyinin təmin olunması, vətəndaş cəmiyyətinin və hüquqi dövlətin əsaslarının gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

Bildirib ki, ötən ildə siyasi dialoq prosesinin uğurla davam etdirilməsi milli birliyin daha da möhkəmlənməsinə mühüm töhfə verib. Siyavuş Novruzov qeyd edib ki, müasir Azərbaycan milli tərəqqinin yeni mərhələsinə qədəm qoyub, qalib ölkə, qalib xalq kimi qarşısında yeni perspektivlər açılıb.

Sonra Siyavuş Novruzov iclasın gündəliyi barədə məlumat verib. Bildirilib ki, iclasın gündəliyinə Milli Məclisin 2021-ci ilin payız sessiyası dövründə Regional məsələlər komitəsində görülən işlər barədə hesabat və Milli Məclisin Regional məsələlər komitəsinin 2022-ci ilin yaz sessiyası üçün iş planı daxil olmaqla 2 məsələnin müzakirəsi çıxarılıb.

Əvvəlcə hesabatı təqdim edən komitə sədri bildirib ki, hesabat dövründə Regional məsələlər komitəsinin keçirdiyi 7 iclasda 4 məsələyə baxılıb, o cümlədən “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi və “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi üç oxunuşda müzakirələrdən keçib. Komitə həmçinin Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyaları ilə birgə “Azərbaycanın tarixi zəfəri” mövzusunda videokonfrans təşkil edib.

Fəaliyyətini karantin rejiminin tələblərinə uyğun quran komitənin ünvanına 2021-ci ilin payız sessiyası dövründə vətəndaşlardan elektron və kağız formada 67 müraciət, ümumilikdə komitə üzvlərinə 1034 müraciət daxil olub. Daxil olan müraciətlər araşdırılıb, onların bir qisminin icrası təmin edilib, digərlərinin həlli üçün aidiyyatı qurumlar qarşısında məsələ qaldırılıb və müvafiq tədbirlər görülüb.

Bildirilib ki, həmçinin regional məsələlər komitəsi üzvləri sosial şəbəkələrdə, kütləvi informasiya vasitələrində, müxtəlif tədbirlərdə fəal iştirak ediblər, aktual ictimai-siyasi məsələlərlə bağlı öz mövqelərini bildiriblər. Eyni zamanda təmsil etdikləri ərazilərdə cəmiyyətin həssas qrupları, şəhid ailələri, qazilərin problemləri ilə yaxından maraqlanıblar.

Sonra komitə sədri Regional məsələlər komitəsinin 2022-ci ilin yaz sessiyası üçün iş planını təqdim edib. Komitə sədri qarşıdakı sessiyada komitəyə daxil olan qanun layihələrinin müzakirəsi ilə yanaşı, aidiyyəti qurumların, yerli idarəetmə orqanlarının nümayəndələrinin iştirakı ilə dinləmələrin keçirilməsi kimi məsələlərin nəzərdə tutulması barədə məlumat verib.

İclasda çıxış edən Regional məsələlər komitəsinin sədrinin müavini Elşən Musayev, komitə üzvləri Məzahir Əfəndiyev, Səbinə Xasayeva, Aqil Məmmədov, Səttar Möhbalıyev, Kamran Bayramov, Cavid Osmanov, Nizami Cəfərov komitənin ötən sessiyada fəaliyyəti barədə danışıblar, təqdim olunan hesabatı qənaətbəxş sayıblar.

İclasda komitə üzvləri regionların inkişafı, yerli üzünü idarəetmə orqanlarının mövcud vəziyyəti və gələcək perspektivləri, işğaldan azad olunmuş ərazilərdə bələdiyyələrin yaradılması, bu istiqamətdə payız sessiyası dövründə dinləmələrin və müzakirələrin təşkili kimi məsələlərlə bağlı fikirlərini səsləndiriblər, rəy və təkliflərini irəli sürüblər.

Müzakirələrin sonunda Regional məsələlər komitəsinin Milli Məclisin 2021-ci ilin payız sessiyası dövründə gördüyü işlərlə bağlı hesabatı və 2022-ci ilin yaz sessiyasında iş planı təsdiqlənib.

İclasda Regional məsələlər komitəsinin üzvü Əliabbas Salahzadə və digər rəsmi şəxslər də iştirak ediblər.

Paylaş:
400

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər