Yeni səhiyyə naziri kimdir? - DOSYE | 1news.az | Xəbərlər
Cəmiyyət

Yeni səhiyyə naziri kimdir? - DOSYE

13:25 - 19 / 01 / 2022
Yeni səhiyyə naziri kimdir? - DOSYE

anvarın 19-da Prezident İlham Əliyevin imzaladığı sərəncamla Teymur Yusif oğlu Musayev Azərbaycanın səhiyyə naziri vəzifəsinə təyin edilib.

1news.az yeni səhiyyə nazirinin dosyesini təqdim edir:

Teymur Yusif oğlu Musayev 1970-ci ildə Bakı şəhərində anadan olub. O, 1987-1994-cü illərdə Azərbaycan Tibb Universitetində təhsil alıb. O, 2003-2004-cü illərdə Strasburq Universitetində Laparoskopik cərrahiyyə ixtisası üzrə, 2013-2015-ci illərdə isə RISEBA və Riga Stradins Universitetində təhsilini magistr səviyyəsində davam etdirib.

T.Musayev bu təyinatadək Səhiyyə Nazirliyində Səhiyyənin təşkili şöbəsinin müdiri vəzifəsində çalışıb.

Nazir vəzifəsinə qədər o, səhiyyə nazirinin birinci müavini, daha sonra nazir səlahiyyətlərinin müvəqqəti icrasını həyata keçirib.

1news.az

Paylaş:
1537

Son xəbərlər

Bəzi çaylardan sel keçəcək

11 / 06 / 2025, 14:17
Bütün xəbərlər