Ağdaşda qanunsuz işləyən baytarlıq apteki aşkarlanıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağdaşda qanunsuz işləyən baytarlıq apteki aşkarlanıb - FOTO

S.Xankişiyeva10:40 - 19 / 01 / 2022
Ağdaşda qanunsuz işləyən baytarlıq apteki aşkarlanıb - FOTO

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Ağdaş rayonu, H. Əliyev prospekti B/84 ünvanında fəaliyyət göstərən, sahibkar Mustafayev Pərviz Vilayət oğluna məxsus baytarlıq aptekində keçirdiyi yoxlama zamanı sanitar-gigiyenik vəziyyətin qüvvədə olan normativlərə cavab vermədiyi, həmçinin son istifadə tarixi bitmiş, üzərində ilkin istehsal və son istifadə müddəti qeyd olunmayan baytarlıq preparatları aşkar edilib.

AQTA-dan 1news.az-a verilən məlumata görə, aşkar edilmiş qanunsuz hallarla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib.

Araşdırmalar davam etdirilir.

Paylaş:
496

Son xəbərlər

Bütün xəbərlər