Türkiyə səfiri Şəhidlər Xiyabanını ziyarət edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Türkiyə səfiri Şəhidlər Xiyabanını ziyarət edib

Qafar Ağayev09:38 - 20 / 01 / 2022
Türkiyə səfiri Şəhidlər Xiyabanını ziyarət edib

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Şəhidlər Xiyabanını ziyarət edib.

1news.az-ın məlumatına görə, səfir bu barədə öz “Twitter” səhifəsində bildirib.

"Bu gecə qərənfilin ağladığı gecədir. Bu gün günəşin doğmadığı gündür. 1990-cı il yanvarın 20-də Bakıda azadlıq, müstəqillik istiqlaliyyət və suverenlik uğrunda şəhid olan əziz qardaş və bacılarımızı hörmət və rəhmətlə yad edirik. Ruhları cənnət olsun", - deyə paylaşımda qeyd olunub.

Paylaş:
430

Son xəbərlər

İsmayıllıda zəlzələ olub

12 / 07 / 2025, 10:12
Bütün xəbərlər