Yaxın zamanlarda “TURKOVAC”ın Azərbaycanda sınaqları aparılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Yaxın zamanlarda “TURKOVAC”ın Azərbaycanda sınaqları aparılacaq

S.Xankişiyeva11:39 - 20 / 01 / 2022
Yaxın zamanlarda “TURKOVAC”ın Azərbaycanda sınaqları aparılacaq

Yaxın zamanlarda “TURKOVAC” vaksininin Azərbaycanda sınaqlarına başlanılması nəzərdə tutulur.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib.

Nazir bildirib ki, vaksin hazırda Türkiyədə üçüncü mərhələdə sınaqlardadır.

"Azərbaycan tərəfindən də saziş imzalanıb və bu yaxınlarda həmin vaksinlərin Azərbaycanda da kliniki sınaqlarının başlanması nəzərdə tutulur" - T.Musayev deyib.

Paylaş:
382

Son xəbərlər

Bütün xəbərlər