Əvvəllər məhkum olunmuş şəxsdə tiryək, avtomat və patronlar aşkarlanaraq götürülüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Əvvəllər məhkum olunmuş şəxsdə tiryək, avtomat və patronlar aşkarlanaraq götürülüb

Qafar Ağayev14:02 - 21 / 01 / 2022
Əvvəllər məhkum olunmuş şəxsdə tiryək, avtomat və patronlar aşkarlanaraq götürülüb

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Miqunov saxlanılıb.

DİN-in mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, şəxsi axtarış zamanı ondan 40 qram tiryək və bir ədəd avtomat patronu aşkar edilərək götürülüb.

Onunla bağlı aparılmış tədbirlərlə həmin şəxsin Sabunçu dəmir yolu stansiyasının ərazisində gizlətdiyi nömrəsi silinmiş “AKM” markalı avtomat, bir ədəd patron darağı və 27 ədəd patron da aşkarlanıb.

Paylaş:
414

Son xəbərlər

Bütün xəbərlər