Bakıda məcburi köçkünlərin yaşadığı tikililər yanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda məcburi köçkünlərin yaşadığı tikililər yanıb

Qafar Ağayev09:04 - 21 / 01 / 2022
Bakıda məcburi köçkünlərin yaşadığı tikililər yanıb

Bakı şəhərinin Qaradağ rayonunda, fəaliyyət göstərməyən uşaq bağçasının ərazisində ümumi sahəsi 500 m² olan taxta konstruksiyalardan ibarət bir-birinə bitişik özbaşına tikililər 140 m² sahədə (məcburi köçkünlərin yaşadığı) yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) 1news.az-ın verilən məlumata görə, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən operativ tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınaraq, bitişik tikililər yanğından mühafizə olunub.

Yanğın söndürülüb.

Paylaş:
374

Son xəbərlər

Yağış yağacaq - PROQNOZ

10 / 09 / 2025, 12:19
Bütün xəbərlər