Azərbaycanda 4 günlük iş rejimi tətbiq edilə bilər? | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda 4 günlük iş rejimi tətbiq edilə bilər?

17:50 - 21 / 01 / 2022
Azərbaycanda 4 günlük iş rejimi tətbiq edilə bilər?

Dörd günlük iş həftəsinə keçid Avropa Birliyinə daxil olan ölkələrlə yanaşı, digər ölkələrdə də mütəmadi olaraq olaraq müzakirə olunur.

2021-ci ilin dekabrında Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) inqilabi qərar qəbul edərək 2022-ci il yanvarın 1-dən 4,5 günlük iş rejiminə keçdiklərini açıqladı.

Nəticədə BƏƏ-də iş saatları həftənin bazar ertəsi və cümə axşamı günləri 07:30-dan 15:30-dək, cümə günü isə 07:30-dan 12:00-dək müəyyən edildi.

Hazırda Rusiya, Türkiyə , Gürcüstanda da 4 günlük iş rejiminə keçidlə bağlı məsələlər müzakirə mövzusudur.

Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov Trend-ə açıqlaması zamanı bildirib ki, 4 günlük iş həftəsi inkişaf etmiş ölkələrdə müzakirə edilən məsələlərdəndir. Azərbaycanda da təbii ki, əmək bazarı və əmək bazarının tələblərinə uyğun olaraq beynəlxalq praktikada nəzərdə tutulan və tətbiq olunan təcrübələr öyrənilir.

Azərbaycan üçün düşünürəm ki, indiki halda vacib məsələlərdən biri məhz qeyri-leqal məşğulluğun leqallaşdırılması və bu istiqamətdə faəliyyətin genişləndirilməsidir. Nəzərə alsaq ki, son illərdə biz məşğulluğun leqallaşdırılması istiqamətində ciddi addımların atılmasını müşahidə edirik. Bu da təbii ki, nəticə etibarilə yeni əmək müqavilələrinin bağlanmasında özünü göstərir. Eyni zamanda əmək hüquqlarının qorunması sahəsində də sistemləşdirilmiş tədbirlər prioritetdir və bu istiqamətdə işlər davam etdirilir. Bu baxımdan bütövlükdə məşğulluğun leqallaşdırılması prosesi sürətlə aparıldığını nəzərə alsaq, artıq növbəti mərhələdə iş günlərinin sayı, o cümlədən, iş saatlarının sayı ilə bağlı məsələlərin müzakirəsi mümkündür.Lakin düşünürəm ki, indi ki halda əmək bazarı ilə bağlı prioritetlik məşğulluğun leqallaşdırılması və əmək hüquqlarının tam şəkildə qorunması mexanizminin gücləndirilməsindən ibarətdir. -deyə o qeyd edib.

Xatırladaq ki, Əmək Məcəlləsinə görə, gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz. Bununla yanaşı, gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz.

Bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. Ancaq istehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq işəgötürən və ya müvafiq icra hakimiyyəti orqanı həftəlik tam iş vaxtının müddəti çərçivəsində altıgünlük iş həftəsi müəyyən edə bilər.

1news.az

Paylaş:
196

Son xəbərlər

Medianın İnkişafı Agentliyində “Albayrak Media Group”unun rəhbərliyi ilə görüş keçirilibBu gün, 19:50Dolların sabaha olan rəsmi məzənnəsi açıqlanıbBu gün, 18:01Əziz Sancar "Texnofest"də iştirak üçün Azərbaycana gələcəkBu gün, 17:54“Qızıl top”un təqdim ediləcəyi tarix açıqlandıBu gün, 17:53Heydər Əliyev Fondunun dəstəyi ilə “Azərbaycan xalçası-ilmələrin rəqsi” adlı yeni xalça kolleksiyası və kitabı təqdim olunacaqBu gün, 17:38Sabah üç rayonda qaz kəsiləcəkBu gün, 17:22Vüqar Rəhimzadə: Bu gün Türkiyə-Azərbaycan münasibətləri tarixin ən yüksək zirvəsindədirBu gün, 17:05Peyvənd olunanların sayı açıqlanıbBu gün, 16:42Bu gün 9 nəfər koronavirusa yoluxub, ölən olmayıb – STATİSTİKABu gün, 16:38Prezident Azərbaycan-Latviya müdafiə sahəsində əməkdaşlıq Sazişini təsdiqləyibBu gün, 16:23Zakir Həsənov Selçuk Bayraktarla görüşdü - FOTOBu gün, 16:18Prezident Administrasiyasında Gələcək Azərbaycan Partiyasının sədri ilə görüş keçirilibBu gün, 16:10Mənzil və obyekt alışına görə də ƏDV geri qaytarılacaqBu gün, 15:52İlham Əliyev Gürcüstan dövlət başçısını təbrik edibBu gün, 15:50Mahmud Abbas Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıbBu gün, 15:42Selçuk Bayraktar qırıcı təyyarə ilə Bakı səmasında uçdu - VİDEOBu gün, 15:17“TEKNOFEST Azərbaycan” çərçivəsində “Smart Qarabağ” Hakatonuna start verildiBu gün, 14:58İstanbulda Azərbaycanın işgüzar turizm imkanları tanıdılırBu gün, 14:49Heydər Əliyev Fondunun dəstəyi ilə yeni xalçaların təqdimatı və “AFFFAIR in Carpets” defiləsi olacaqBu gün, 14:37Azərbaycan hərbi pilotları “Anadolu Qartalı-2022” təlimində iştirak edir – FOTOBu gün, 14:18
Bütün xəbərlər

Next TV