Hərbi formanı xidmətdən kənar kimlər geyinə bilər? - “Çıxışa doğru”da MÜZAKİRƏ - VİDEO
Hərbi formanın mülki vətəndaşlar tərəfindən geyinilməsi məqbul sayılmır. Düzdür, qanunvericiliklə hərbi formanın mülki vətəndaşlar tərəfindən alınmasına, satılmasına, onun daşınmasına qadağa qoyulmasa da, burada məsələnin mənəvi tərəfi var.
Söhbət mülki vətəndaşlarımızın hərbi libası daşımaq haqqından və hüququndan gedir. Bu məsələdə vətəndaşlarımız hərbi geyimin, hərbi xidmətin, hərbi qulluqçunun nüfuzunun artırılması baxımından özləri hərbi libasa yüksək qiymət verməli və məhdudiyyət qoyulmasına anlayışla yanaşmalıdırlar.
Bəs orduda xidmət keçib, təxris olunan şəxslər mülkidə ola-ola hərbi formadan istifadə edə bilərlərmi?
Orduda əsgər kimi xidmət keçib, ehtiyyata buraxılan mülkü vətəndaşlar yox, qüsursuz xidmət edən zabitlərin kitabçasında qeyd olunur ki, onlar hərbi geyim formasından istifadə edə bilərlər
1news.az-ın verdiyi xəbərə görə, AzTV-nin “Çıxışa doğru” verilişində "Hərbi formanı xidmətdən kənar kimlər geyinə bilər?" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – hərbi ekspert Ədalət Verdiyev, şəhid mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu, Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan polkovnik-leytenant Elmar Hüseyn və hərbi polis idarəsinin zabiti polkovnik-leytenant Anar Əhmədov mövzu ətrafında müzakirə aparıblar.
“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz: