Ötən gün 11 koronavirus xəstəsi ictimai yerlərdə aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən gün 11 koronavirus xəstəsi ictimai yerlərdə aşkarlanıb

S.Xankişiyeva11:09 - 22 / 01 / 2022
Ötən gün 11 koronavirus xəstəsi ictimai yerlərdə aşkarlanıb

Yanvarın 21-də polis əməkdaşları tərəfindən respublika ərazisində 11 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, polis əməkdaşları "COVID-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq, yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Paylaş:
402

Son xəbərlər

Bütün xəbərlər