Bakıda yol qəzalarında ölənlərin sayı açıqlanıb – STATİSTİKA | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda yol qəzalarında ölənlərin sayı açıqlanıb – STATİSTİKA

S.Xankişiyeva12:43 - 22 / 01 / 2022
Bakıda yol qəzalarında ölənlərin sayı açıqlanıb – STATİSTİKA

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı açıqlanıb.

1news.az-ın verdiyi xəbərə görə, Bakı şəhər prokurorluğunda keçirilən əməliyyat müşavirəsində ötən illə müqayisədə 2021-ci il ərzində 37 hadisə artaraq 197 ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin qeydə alındığı bildirilib.

Qeyd olunub ki, bu qəbildən olan cinayət işlərindən 100-ü məhkəməyə göndərilib, hadisəni törədən şəxsin ölməsi səbəbindən 50 iş üzrə icraata xitam verilib. Şəhərin prokurorluq və daxili işlər orqanları tərəfindən istintaq edilmiş işlərin təhlili göstərir ki, prokurorluq orqanlarının icraatında olan 770 işdən 368-i, daxili işlər orqanlarının istintaq qurumlarının icraatında olan 13 401 cinayət işindən 6 072-nin istintaqı tamamlanıb. Onlardan polis orqanları tərəfindən 4 632, prokurorluq orqanları tərəfindən 188 iş baxılması üçün müvafiq məhkəmələrə göndərilib, bu da həm miqdar olaraq, həm də faiz nisbətində 2020-ci ilə nisbətən müsbət göstəricilərdir.

Həmçinin, şəhərin prokurorluq orqanlarında 180 cinayət işinin icraatına xitam verilib, 202 işin icraatı dayandırılıb. Daxili işlər orqanlarında isə 1 440 işin icraatına xitam verilmiş, 2 977 işin icraatı isə dayandırılıb.

Heabat dövründə prokurorluq orqanlarında istintaq edilmiş cinayət işləri üzrə fiziki və hüquqi şəxslərə vurulan 4.275.458 manat maddi ziyandan 756.684 manatı, polis orqanlarında aparılan işlər üzrə isə vurulmuş 33.510.697 manat məbləğində maddi ziyanın 21.069.713 manatı ödənilib.

2021-ci ildə Bakı şəhər prokurorluq orqanları üzrə inzibati xətalar haqqında işlər üzrə 219 inzibati icraat başlanılması haqqında qərar qəbul edilib.

Paylaş:
423

Son xəbərlər

Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıbBu gün, 11:14Goranboyda 11 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxs saxlanılıbBu gün, 11:08“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31Bakıda və Abşeron yarımadasında külək 23 metr/saniyəyəyə qədər güclənib - Faktiki havaBu gün, 10:21COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət edibBu gün, 10:12FHN: Ötən sutkada 24 yanğına çıxış olub, 2 nəfər xilas edilibBu gün, 10:08AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası veribBu gün, 09:49Dünya bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 09:47Bu gündən COP29 zolaqları qüvvəsini itiribBu gün, 09:30AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27Məktəblərdə payız tətili başa çatıbBu gün, 09:14İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edibBu gün, 09:03AYNA: Bütün marşrut avtobuslarının fəaliyyəti bərpa edilibBu gün, 09:02Bu gün Kəlbəcər Şəhəri GünüdürBu gün, 09:01Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:52COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08
Bütün xəbərlər