Bu yolda hərəkət birtərəfli olacaq - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu yolda hərəkət birtərəfli olacaq - VİDEO

S.Xankişiyeva09:48 - 24 / 01 / 2022
Bu yolda hərəkət birtərəfli olacaq - VİDEO

Bakının Nərimanov rayonunun Əlicabbar Orucəliyev küçəsində hərəkət birtərəfli təşkil edib.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumatda deyilir ki, nizamsız nəqliyyat şəraiti, pərakəndə parklanma və piyadaların rahat hərəkəti üçün əlverişsiz vəziyyət müşahidə edilən küçədə yenidənqurma işləri aparılıb. Burada yolun zəif buraxıcılıq qabiliyyəti, yol nişanlarının çatışmazlığı, nişanlanma xətlərinin olmaması davamlı nəqliyyat axınına ciddi maneələr yaradırdı. Kompleks təhlillərə əsaslanan layihəni Agentliyin təklifləri əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi icra edib.

Heydər Əliyev prospektindən Təbriz küçəsi istiqamətində sıxlığın və nizamsızlığın aradan qaldırılması üçün hərəkət birtərəfli təşkil edilib.

7 məntəqədə nizamlanmayan eyni səviyyəli piyada keçidləri, 120 avtomobil üçün parklanma yerləri təşkil edilib, səkilərin bəzi hissələrində genişləndirmə işləri aparılıb, müvafiq yol nişanları quraşdırılıb və nişanlanma xətləri çəkilib.

Nəticədə küçənin buraxıcılıq qabiliyyəti artıb, parklanma şəraiti tənzimlənib, əlçatanlıq səviyyəsi artıb, piyadaların təhlükəsizliyi və rahatlığı təmin olunub.

"Sürücülərdən yol hərəkəti qaydalarına riayət etməyi, Təbriz küçəsindən Heydər Əliyev prospektinə yönəlmək istəyərkən İzzədin Həsənoğlu, Aşıq Molla Cümə, Mirzəbala Əhmədzadə, Ağa Nemətulla kimi digər alternativ küçələrdən istifadə etməyi tövsiyyə edirik", - Agentliyin açıqlamasında qeyd olunub.

Paylaş:
335

Son xəbərlər

COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət edibBu gün, 10:12FHN: Ötən sutkada 24 yanğına çıxış olub, 2 nəfər xilas edilibBu gün, 10:08AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası veribBu gün, 09:49Dünya bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 09:47Bu gündən COP29 zolaqları qüvvəsini itiribBu gün, 09:30AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27Məktəblərdə payız tətili başa çatıbBu gün, 09:14İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edibBu gün, 09:03AYNA: Bütün marşrut avtobuslarının fəaliyyəti bərpa edilibBu gün, 09:02Bu gün Kəlbəcər Şəhəri GünüdürBu gün, 09:01Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:52COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57
Bütün xəbərlər