Ötən il baş vermiş cinayətlərin neçə faizinin üstü açılıb? - Baş prokuror açıqladı
“Ötən il qeydə alınmış 31 min 131 cinayətin 87,3 faizinin üstü açılıb”.
1news.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev prokurorluq orqanları tərəfindən 2021-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə dair yanvarın 24-də Baş Prokurorluqda keçirilmiş geniş kollegiya iclasında məlumat verib.
“Prokurorluq və daxili işlər orqanlarının qarşılıqlı və effektiv əməkdaşlığı nəticəsində ötən il qeydə alınmış 31 min 131 cinayətin 87,3 faizinin açılması təmin olunub. Bu cinayətlərin 94,2 faizinin prokurorluq və daxili işlər orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər təşkil edib” - Baş prokuror bildirib.
392