Bakıda müəllimi döyən şəxs saxlanıldı - RƏSMİ
Dünən sosial şəbəkələrdə məktəb müəlliminin bir nəfər naməlum şəxs tərəfindən döyülməsini əks etdirən video paylaşım edilib.
Həmin görüntülərlə bağlı polis tərəfindən aparılan təxirəsalınmaz araşdırmalarla əməli 2000-ci il təvəllüdlü Fərid Əfəndizadənin törətməsi müəyyən olunub.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə Daxili İşlər Nazirliyinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib.
E. Hacıyev bildirib ki, fakt üzrə Xətai rayon Polis İdarəsinin İstintaq şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb. Keçirilən tədbirlərlə ictimai təhlükəli əməldə şübhəli bilinən F.Əfəndizadə tutularaq istintaqa cəlb edilib. Hazırda istintaq hərəkətləri davam etdirilir.
505