Cəbrayılda daha bir erməni hərbçisinin meyiti tapıldı

İşğaldan azad olunan ərazidə daha bir erməni hərbçisinin meyiti aşkarlanıb.
1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, bu barədə Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov deyib.
O bildirib ki, erməni hərbçisinin meyiti dünən axşam saatlarında işğaldan azad olunan Cəbrayıl rayonu ərazisində aşkarlanıb.
"Azərbaycan, rus və ermənilərdən ibarət axtarış qrupunun keçirdiyi əməlliyyat-axtarışlar zamanı meyit aşkar edilib. Meyit Ermənistana təhvil verilib", - Ə.Şahidov qeyd edib.
1news.az
288