Bakı Şəhər İcra Hakimiyyətində “Böyük qayıdış” kitabının təqdimatı keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı Şəhər İcra Hakimiyyətində “Böyük qayıdış” kitabının təqdimatı keçirilib - FOTO

S.Xankişiyeva14:49 - 26 / 01 / 2022
Bakı Şəhər İcra Hakimiyyətində “Böyük qayıdış” kitabının təqdimatı keçirilib - FOTO

Bu gün Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və AMEA Tarix İnstitutunun birgə layihəsi olan “Böyük qayıdış” kitabının təqdimatı keçirilib.

BŞİH-nin Mətbuat Xidmətindən 1news.az-a verilən məlumata görə, təqdimat mərasimində çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, yeni kitab Qələbədən sonra Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin işğaldan azad edilmiş rayonlara səfərlərindəki çıxışlarının toplusudur.

O, deyib ki, ölkə başçısının hər bir çıxışı dərin elmi-tarixi əhəmiyyət daşıyır: “Bu gün bu dahi şəxsiyyətin siyasəti nəticəsində azad edilmiş torpaqlarda aktiv bərpa prosesi aparılır və Azərbaycan özünün yeni və şanlı tarixini yazır”.

Tədbirdə RİH-lərinə Bakı şəhəri üzrə Təhsil İdarəsi ilə birgə orta məktəblərdə Qarabağ həqiqətləri, Şanlı Qələbəmiz, Prezident İlham Əliyevin çoxşaxəli siyasi və sərkərdəlik fəaliyyətinin gənclər arasında təbliğinin gücləndirilməsi ilə bağlı tövsiyələr verilib.

Təqdimat mərasimində çıxış edən AMEA Tarix İnstitutunun direktoru Kərim Şükürov, Milli Məclisin deputatları Aydın Hüseynov və Azər Badamov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, qazi Namiq Seyfətdinli və digər çıxışçılar çap edilən yeni kitabın əhəmiyyətini qeyd edərək bu nəşrin müharibədən sonrakı dövrdə azad edilən ərazilərdəki bərpa işləri, burada tam yeni infrastrukturun yaradılması və məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıdışı proseslərinın öyrənilməsində mühüm rol oynayacağını vurğulayıb, kitabın bu işlərin gələcək nəsillərə çatdırılmasında mühüm əhəmiyyət kəsb edəcəyini bildiriblər.

Paylaş:
527

Son xəbərlər

Dünya bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 09:47Bu gündən COP29 zolaqları qüvvəsini itiribBu gün, 09:30AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27Məktəblərdə payız tətili başa çatıbBu gün, 09:14İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edibBu gün, 09:03AYNA: Bütün marşrut avtobuslarının fəaliyyəti bərpa edilibBu gün, 09:02Bu gün Kəlbəcər Şəhəri GünüdürBu gün, 09:01Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:52COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22
Bütün xəbərlər