Ölkədən kənarda Azərbaycanın maraqları necə qorunmalıdır? - “Çıxışa doğru”da MÜZAKİRƏ - VİDEO
Vətənini sevən, damarında Azərbaycanlı qanı axan hər kəs dünyanın ən ucqar nöqtəsində belə ölkəsinin maraqlarını qorumalıdır.
Bu dövlət tarixin çətin sınaqlarından çıxaraq dövlət olub. Dövləti qorumaq üçün bu günə qədər on minlərlə insan canından keçib. Necə ki, 30 il işğal altında olan torpaqlarımızı azad etmək üçün minlərlə igid əsgərlərimiz canından keçdi...
Dövlət təkcə sərhədlərdə qorunmur. Dövlət eyni zamanda, ölkənin hüdudlarından kənarda - istənilən şəraitdə, bütün sahələr üzrə qorunmalıdır və dövlətin milli qürur məsələsi həmişə ön plana çəkilməlidir...
1news.az-ın verdiyi xəbərə görə, AzTV-nin “Çıxışa doğru” verilişində "Ölkədən kənarda Azərbaycanın maraqları necə qorunmalıdır ?" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – Milli Məclisin deputatı Razi Nurullayev, "Planet parni iz Baku"KVN teatrının bədii rəhbəri, əməkdar artist Tahir İmanov, Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri Əziz Əlibəyli, Gənclər və İdman Nazirliyi Mətbuat xidmətinin rəhbəri, əməkdar jurnalist Qabil Mehdiyev və Azərbaycan Şən və Hazırcavablar Klubu ictimai birliyinin sədri Rəşad Əzizov mövzu ətrafında müzakirə aparıblar.
“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz: